Ronaldonun komandası baş məşqçsizi qaldı

13:31 - 12 Aprel 2023

"Əl Nəsr"in baş məşqçisi Rudi Qarsiya postundan göndərilib. 

Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Qarsiyanın istefaya göndərilməsinin əsas səbəblərindən biri kimi futbolçularla münasibətinin qaydasında olmaması göstərilir. Zəif nəticələr də təcrübəli mütəxəssisin istefasını tezləşdirib.

Hazırda Kriştiano Ronaldonun oynadığı komanda çempionatın sonuna yeddi tur qalmış "Əl İttihad"dan üç xal geri qalaraq ikinci pillədə qərarlaşıb.

Fransalı mütəxəssis 2022-ci ilin yayında "Əl Nəsr"ə baş məşqçi təyin edilmişdi. 

Xəbər xətti