"Qarabağ"ın tanışı "Vest Hem"ə uduzmadı

22:46 - 13 Aprel 2023

Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Gent" 1/4 final mərhələsində ilk oyununa çıxıb.

Sportal.az xəbər verir ki, Belçika təmsilçisi "Vest Hem"lə üz-üzə gəlib. 

"Qarabağ"ın tanışı evdəki görüşdə rəqibinə uduzmayıb. Matç 1:1 hesabı ilə başa çatıb.

Londondakı cavab qarşılaşması bir həftə sonra baş tutacaq.

"Gent" - "Vest Hem" 1:1

Qollar: Kuypers 57 - İnqs 45+3

Xəbər xətti