Azərbaycanlı idmançılar İrəvanda

11:22 - 14 Aprel 2023

Aprelin 15-dən 23-dək İrəvanda keçiriləcək ağırlıqqaldırma üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan yığmasının yekun heyəti açıqlanıb.

Sportal.az xəbər verir ki, komandanın heyətində dörd idmançı yer alıb: Nazilə İsmayılova (45 kq), İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq) və Əli Şükürlü (102 kq). Nazilə aprelin 15-də, kişilərin yarışında 67 kq çəkidə çıxış edəcək İsa Rüstəmov aprelin 17-də, 73 kq-dakı Ömər Cavadov aprelin 18-də, 102 kq-dakı Əli Şükürlü aprelin 22-də mübarizəyə qoşulacaq.

Avropa çempionatına 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına lisenziya verilir.

Qeyd edək ki, Azərbaycan yığması artıq İrəvandadır. 

Xəbər xətti