Braziliya millisi üçün növbəti namizəd

15:04 - 17 Aprel 2023

"Roma"nın baş məşqçisi Joze Mourinyo Braziliya millisinin baş məşqçisi postuna əsas namizədlərdən biridir.

Sportal.az xəbər verir ki, Braziliya Futbol Konfederasiyasının (CBF) prezidenti Ednaldo Rodriqesin prioritet seçimi “Real”ın çalışdırıcısı Karlo Ançelottidir.

Amma italiyalı mütəxəssis "kral klubu"nda qalmaq istəyir.

Mourinyo isə xarakteri və dil biliyinə görə Braziliya Futbol Federasiyası üçün maraqlıdır. Tərəflər arasında mövsümün sonunda görüşün baş tutacağı bildirilir.

Digər namizədlər arasında isə Jorje Jezus (“Fənərbaxça”) və Abel Ferreyranın (“Palmeyras”) adı var. 

Xəbər xətti