"Barselona"da növbəti ayrılıq - RƏSMİ

16:53 - 24 May 2023

Serxio Busketsdən sonra daha bir futbolçu mövsümün sonunda "Barselona"dan ayrılacaq.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi Jordi Alba ilə yollarını ayıracaq. Bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb. 34 yaşlı sol cinah müdafiəçisinin 2024-cü ilin yayında başa çatmalı olan müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Jordi Alba "Barselona"nın yetirməsidir. İspan müdafiəçi komandanın heyətində meydana çıxdığı 458 rəsmi matçda 27 qol və 99 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti