"Real" evdə 3 xala sevindi - VİDEO

11:53 - 25 May 2023

İspaniya La Liqasında 36-cı turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, "Real" doğma meydanda "Rayo Valyekano"nu qəbul edib. Qarşılaşma "kral klubu"nun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 74-ə yüksəldən "Real" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 46 xalı olan "Rayo Valyekano" isə 11-ci yerdədir.

"Real" - "Rayo Valyekano" 2:1

Qollar: Kərim Benzema, 31, Rodriqo, 89 - Raul De Tomas, 84

Xəbər xətti