Türkiyə millisinin üzvü uzun müddət oynamayacaq

11:47 - 26 May 2023

Türkiyə millisinin hücumçusu Enes Ünal sıradan çıxıb.

Sportal.az xəbər verir ki, İspaniya Primerosunun 36-cı turunun "Xetafe"- "Betis"lə görüşündə (1:0) sıradan çıxan türkiyəli hücumçunun son durumu bəlli olub. 

Onun çarpaz bağları qopub. Adıçəkilən forvardın 6 ay yaşıl meydanlardan uzaq qalacağı dəqiqləşib.

Ünal bu mövsüm Primeroda 35 oyunda 14 qol vurmuşdu.
 

Xəbər xətti