"Real" 19 yaşlı futbolçunu razı saldı

15:29 - 26 May 2023

"Borussiya"nın yarımmüdafiəçisi Cud Bellinqem "Real"a keçməyə yaxındır.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, Madrid klubu artıq 19 yaşlı futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Lakin müqavilə Almaniya Bundesliqasında mövsüm başa çatdıqdan sonra imzalanacaq.

Transfer məbləği bonuslar nəzərə alınmadan 100 milyon avro təşkil edəcək.

Bellinqemin "Borussiya" ilə müqaviləsi 2025-ci il iyunun 30-da başa çatır.

Xəbər xətti