"Napoli" millinin sabiq çalışdırıcısını istəyir

11:11 - 28 May 2023

"Barselona" və İspaniya milli komandasının sabiq baş məşqçisi Luis Enrike İtaliyada işləməyə yaxındır.

Sportal.az "Sport.es"ə istinadən xəbər verir ki, onun xidmətində "Napoli" maraqlıdır. Mövsüm başa çatan kimi Luçano Spaletti ilə yollarını ayıracaq Neapol təmsilçisi baş məşqçi postuna Enrikeni dəvət etməyi planlaşdırır. Hələ ki, ispaniyalı ilə İtaliya çempionu arasında konkret razılıq əldə edilməyib.

Amma onun “Çelsi” və “Tottenhem” klublarının təklifindən imtina etməsinin “Napoli” ilə əlaqədar olduğu iddia edilir. 
 

Xəbər xətti