Gürcü futbolçu İtaliyada ən yaxşı seçildi

21:33 - 2 İyun 2023

İtaliya A Seriyasında 2022/2023 mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib.

Sportal.az xəbər verir ki, cari mövsümün ən yaxşısı adına "Naloli"nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya layiq görülüb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, "Napoli" Xviça Kvaratsxeliyanı mövsümün əvvəlində Batumi "Dinamo"sundan transfer edib. Gürcü vinger A Seriyasında Neapol təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 12 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti