"Ronaldo İspaniyada çox qol vurardı"

16:32 - 3 İyun 2023

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone Lionel Messi və Kriştiano Ronaldonun İspaniya çempionatına mümkün qayıdışını şərh edib.

Sportal.az "COPE"yə istinadən xəbər verir ki, argentinalı mütəxəssis portuqaliyalının "Atletiko"ya keçidinin mümkün olmadığını bildirib:

"Messinin geri qayıtması liqa üçün fantastik olardı. O, heyrətamiz oyunçudur. Kristiano Ronaldo burada çox qol vurardı. “Atletiko”ya keçməsi? Necə ki, mən “Real”da oynaya bilmərəm, o da “Atletiko”da oynaya bilməz".

 

Xəbər xətti