"Real" hücumçusu ilə yollarını ayırdı

21:52 - 3 İyun 2023

İspaniyanın "Real" klubunda ayrılıq gerçəkləşib.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi Mariano Diasla yollarını ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı hücumçunun mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.

"Real" Mariano Diası 2018-ci ilin yayında "Lion"dan transfer edib. Dominikanlı forvard cari mövsümdə komandanın heyətində 11 rəsmi matçda meydana çıxıb.

Qeyd edək ki, "Real" müqaviləsi başa çatan Marko Asensio ilə yollarını ayırdığını açıqlayıb.

Xəbər xətti