Türk məşqçi İngiltərə klubunu çalışdıracaq

21:22 - 5 İyun 2023

Türkiyəli məşqçi Erol Bulut İngiltərədə çalışacaq.

Sportal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis "Kardiff Siti"nin baş məşqçisi təyin olunub. Bu barədə Çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Türk məşqçi ilə imzalanan müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, "Yeni Malatyaspor", "Fənərbaxça" və "Alanyaspor"da işləmiş Erol Bulut son olaraq "Qaziantep"i çalışdırıb.

Xəbər xətti