"Çelsi"nin müdafiəçisi Səudiyyə Ərəbistanına yollanır

15:17 - 17 İyun 2023

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu mərkəz müdafiəçisi axtarışındadır və bunun üçün Kalidu Kulibaliyə təklif göndərib.

Sportal.az "Foot Mercato"ya istinadən xəbər verir ki, "Napoli"dən ayrıldıqdan sonra "Çelsi"yə keçən seneqallı özü də bu transferdə maraqlıdır.

"Yuventus", "İnter", "Napoli" afrikalı müdafiəçini A Seriyasına qaytarmaq istəyir. Amma indi onların güclü rəqibi var.

Kulibali 2014-2022-ci illərdə "Napoli"də çıxış edib. O, bu mövsüm "Çelsi"nin heyətində Premyer Liqada 23 oyuna çıxıb və 2 qol vurub.

Xəbər xətti