"İnter Mayami"nin hücumçusu Lionel Messi MLS-in 11-ci turunun ən yaxşı oyunçusu mükafatına sahib çıxıb.
Sportal.az xəbər verir ki, argentinalının komandası ötən gün "New England"ı 4:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Həmin görüşdə Messi 2 qol vurub, 1 asist edib.
36 yaşlı futbolçu MLS Liqasının 8-ci turunda da həmin müfakatı qazanmışdı.
Qeyd edək ki, "İnter Mayami" 11 turdan sonra 21 xalla liderdir.
saytlarin hazirlanmasi