"Kəpəz"in müdafiəçisi oynamadı, Kosovoya qalib gəldilər - VİDEO

17:09 - 20 İyun 2023

Belarus millisi AVRO-2024-ün seçmə mərhələsinin üçüncü turunda Kosovo yığması ilə qarşılaşıb.

Sportal.az xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdə keçirilən görüş Belarusun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Kəpəz”inin müdafiəçisi Yeqor Xvalko da bu görüş üçün açıqlanan heyətdə yer alıb. Amma o, meydana buraxılmayıb.

Hazırda aktivində 3 xalı olan Belarus 4-cü yerdə qərarlaşıb.

Xatırladaq ki, Belarus millisi UEFA-nın qərarına əsasən ev oyunlarını neytral meydanda keçirir.

Xəbər xətti