İspaniya millisinin üzvü İngiltərə klubunda

16:41 - 3 İyul 2023

İspaniya millisinin üzvü Pau Torres karyerasını “Aston Villa”da davam etdirəcək.

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, Birmingem təmsilçisi “Vilyarreal”la razılığa gəlib.İspan futbolçu bu həftə tibbi müayinədən keçəcək. Transfer məbləği 32,5 milyon avro olacaq.

Torresin müqaviləsi 2028-ci ilə qədərdir. “Vilyarreal” yetirməsi olan futbolçu 2017-ci ildən əsas komandada çıxış edir. O, 2018/2019 mövsümünü “Malaqa”da icarə əsasında keçirib.

Xəbər xətti