Azər Məmmədovun "Kəpəz"də köməkçiləri bəlli oldu

20:30 - 6 İyul 2023

"Kəpəz"in baş məşqçisi Azər Məmmədovun köməkçiləri məlum olub.

Sportal.az xəbər verir ki, 47 yaşlı mütəxəssisin məşqçilər korpusunda Xaliq Mərdanov, Etibar İbrahimov, Vasif Vəliyev, Tariyel Hüseynov (qapıçı məşqçi) və İlkin Verdiyev (analitik məşqçi) yer alıb.

Qeyd edək ki, Azər Məmmədov "Kəpəz"in baş məşqçisi postunda Tərlan Əhmədovu əvəz edib.

Xəbər xətti