"Arsenal" onunla yeni müqavilə imzaladı

20:52 - 6 İyul 2023

İngiltərənin "Arsenal" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, London təmsilçisi Ris Nelsonla sözləşmənin müddətini uzadıb. Bu barədə "topçular"ın mətbuat xidməti məlumat yayıb.

23 yaşlı yarımmüdafiəçi 2027-ci ilin yayına kimi Premyer Liqa təmsilçisinə məxsus olacaq.

Qeyd edək ki, Ris Nelson "Arsenal"ın yetirməsidir. İngiltərəli vinger son mövsümdə komandanın heyətində meydana çıxdığı 18 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti