"Barselona"dan İtaliya klubuna

09:06 - 10 İyul 2023

"Barselona"nın keçmiş müdafiəçisi Samuel Umtiti İtaliyaya qayıda bilər.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, fransalı müdafiəçi "Montsa"nın maraq dairəsindədir.

İtaliya klubu hazırda azad agent statusunda olan dünya çempionu üçün hərəkətə keçib. Adıçəkilən klub bu yay müdafiə xəttini gücləndirmək üçün Umtiti ilə 2 illik müqavilə imzalamağı planlaşdırır. O, ötən mövsümü icarə əsasında “Leççe”də keçirib.

"Barselona" və Umtiti 2025/2026 mövsümünün sonuna qədər qüvvədə olan müqaviləyə xitam vermək barədə razılığa gəliblər.

Xəbər xətti