"Roma"nı istəmədi, Premyer Liqa klubuna keçdi

11:13 - 29 İyul 2023

"Ayaks"ın müdafiəçisi Kelvin Bassi "Fulhem"ə keçib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı nigeriyalı üçün 22,5 milyon avro ödənilib.

O, Premyer Liqa təmsilçisi ilə 4 illik müqavilə imzalayıb.

“Lester”in yetirməsi olan Bassi “Reyncers”də də oynayıb. O, Nigeriya millisində 10 oyuna çıxıb. Adıçəkilən futbolçunun xidmətində “Roma” və “Napoli” də maraqlı idi.
 

Xəbər xətti