Millimiz Türkiyəyə qarşı

15:59 - 20 Avqust 2023

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında növbəti matçına çıxacaq.

Sportal.az xəbər verir ki, C qrupunda mübarizə aparan qızlarımızın üçüncü görüşü Türkiyə millisi ilə olacaq.

Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq və "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.

Avropa çempionatı

20 avqust

C qrupu

22:00 Türkiyə - Azərbaycan

Xəbər xətti