"Mançester Yunayted" futbolçusu ilə yollarını ayırdı

20:56 - 21 Avqust 2023

İngiltərənin "Mançester Yunayted" klubunda ayrılıq gerçəkləşib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Meyson Qrinvudla yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mançester təmsilçisi 21 yaşlı vingerlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Meyson Qrinvud "Mançester Yunayted"in yetirməsidir. İngiltərə millisinin sabiq üzvü "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 129 rəsmi matçda 35 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Meyson Qrinvud sevgilisinə təcavüz etməkdə ittiham olunuraq həbs edilmişdi. O, ötən ilin oktyabr ayında azadlığa buraxılıb.

Xəbər xətti