"Qarabağ"la oyundan əvvəl məğlub oldular

10:59 - 28 Avqust 2023

Futbol üzrə Sloveniya Prva Liqasında 5-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpiya" doğma meydanda lider "Çele"ni qəbul edib. Qarşılaşma qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb.

5 turdan sonra 9 xal toplayan "Olimpiya" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ" Sloveniyada keçirilən matçda "Olimpiya"nı 2:0 hesabı ilə məğlub edib. Komandalar arasında cavab görüşü 31 avqust tarixində Bakıda baş tutacaq.

Xəbər xətti