"İrəvan"ın yeni baş məşqçisi bəlli oldu

13:59 - 28 Avqust 2023

Azərbaycanın tanınmış futbol mütəxəssisi Nazim Süleymanovun yeni iş yeri müəyyənləşib.

Sportal.az xəbər verir ki, 58 yaşlı mütəxəssis yeni mövsümdən birinci liqada yarışacaq "İrəvan" klubunun baş məşqçisi təyin olunub. Onunla 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Nazim Süleymanov son olaraq Rusiyanın "Ximki" klubunun U-19 komandasını çalışdırıb.

Xəbər xətti