Adı "Qarabağ"la hallanan hücumçu "Fənərbaxça"da

21:41 - 29 Avqust 2023

"Reyncers"dən ayrılan Alfredo Morelos karyerasını Türkiyədə davam etdirəcək.

Sportal.az xəbər verir ki, kolumbiyalı hücumçu "Fənərbaxça"ya keçəcək. Bu barədə yerli media məlumat yayıb.

27 yaşlı forvard bu gecə İstanbulda olacaq. Tibbi müayinədən keçdikdən sonra onunla müqavilə imzalanacaq.

Alfredo Morelosun adı bir müddət əvvəl "Qarabağ"la hallanırdı.

Qeyd edək ki, Alfredo Morelos "Reyncers"ə 2017-ci ilin yayında "Helsinki"dən keçmişdi. Kolumbiya millisinin üzvü Şotlandiya təmsilçisinin heyətində meydana çıxdığı 269 rəsmi matçda 124 qol və 58 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti