"Şamaxı"dan darmadağın

21:18 - 30 Avqust 2023

Yeni mövsümün hazırlığını davam etdirən "Şamaxı" yoxlama matçında qüvvəsini sınayıb.

Sportal.az xəbər verir ki, Vüqar Əsgərlinin rəhbərlik etdiyi kollektiv I Liqa təmsilçisi "Araz Saatlı" ilə üz-üzə gəlib. Qarşılaşma "şirlər"in 4:0 hesablı qələbəsi ilə başa çatıb.

"Şamaxı"nın heyətində Zahid Mərdanov, Cəlal Cəbrayılov, Samir Ağayev, Qurban Səfərov fərqlənib.

Xəbər xətti