İngiltərənin "Mançester Siti" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Vulverhempton"dan Mateus Nunesi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Şəhərlilər" 25 yaşlı yarımmüdafiəçi ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. "Mançester Siti" portuqaliyalı yarımmüdafiəçi üçün "Vulverhempton"a 62 milyon avro təzminat ödəyib.