"Səbail"dən yubiley qələbəsi

11:51 - 4 Sentyabr 2023

Misli Premyer Liqasının V turunun “Qarabağ”la oyunundakı 2:1 hesablı qələbə “Səbail” üçün yubileylə əlamətdar olub.

Sportal.az xəbər verir ki, Bakı klubu çempionatda 25-ci ev qələbəsini qazanıb.

Bu, Premyer Liqa çərçivəsində öz meydanında baş tutan 87-ci qarşılaşmada qeydə alınıb. “Səbail” digər matçlarda 18 heç-heçə edib və 44 dəfə uduzub.

“Səbail” Premyer Liqada 2017/18 mövsümündə debüt edib. Bakılıların ilk ev qələbəsi 2017-ci il avqustun 19-da qeydə alınıb. “Neftçi” ilə ev görüşündə meydan sahibləri bir cavabsız qolla qələbə qazanıb.

Xəbər xətti