Türkiyənin "Rizespor" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi "Nottingem Forest"in yarımmüdafiəçisi Conco Şelvini transfer etməyə yaxındır. Bu barədə "Telegraph" nəşri məlumat yayıb.
"Rizespor" 31 yaşlı orta xətt oyunçusunu mövsümün sonuna kimi icarəyə götürəcək.
Qeyd edək ki, Conco Şelvi bu ilin yanvar ayında "Nyukasl"dan "Nottingem Forest"ə keçib. İngilis futbolçu Premyer liqa təmsilçisinin heyətində 8 rəmi matçda meydana çıxıb.