Türkiyənin "Beşiktaş" klubu yarımmüdafiə xəttini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi azad agent statusunda olan Gökhan İnleri rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Qara qartallar" 39 yaşlı yarımmüdafiəçi ilə 2023/2024 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Gökhan İnler 2016/2017 mövsümündə "Beşiktaş"da çıxış edib. Təcrübəli orta xətt oyunçusu son olaraq "Adana Demirspor"un formasını geyinib.