I Liqa: Üç oyunda da qonaqlar qalib gəldi

18:56 - 14 Sentyabr 2023

Futbol üzrə Azərbaycan I Liqasında 2023/2024 mövsümünün ilk turunun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün baş tutan qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb:

"Difai Ağsu" - MOİK 0:3

Qollar: İsa Zeynallı, 10 (pen), Elmir Rəhimzadə, 55, Xəyal Bədirov, 90+3

"Zaqatala" - "İrəvan" 0:2

Qollar: Cavid Tağıyev, 41, İbrahim Əliyev, 58

"Araz Saatlı" - "İmişli" 0:3

Qollar: Xəzər Mahmudov, 45+2, 72, Tonia Tisdel, 80

Qeyd edək ki, turun ilk oyununda "Karvan" doğma meydanda "Mingəçevir"i 4:1 hesabı ilə məğlub edib. Tura sabah baş tutacaq "Qaradağ Lökbatan" - "Şamaxı" görüşü ilə yekun vurulacaq.

Xəbər xətti