Gökhan Törenin yeni klubu bəlli oldu

21:51 - 19 Sentyabr 2023

Türkiyə millisinin sabiq üzvü Gökhan Törenin yeni klubu müəyyənləşib.

Sportal.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi "Konyaspor"a keçib. Bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Təcrübəli vinger yeni "ağ-yaşıllar"la 1+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Gökhan Töre son olaraq "Ankaragücü"də çıxış edib.

Xəbər xətti