"Kür-Araz" - "Kürmük Qax" matçında 9 qol - VİDEO

17:10 - 26 Sentyabr 2023

Futbol üzrə Azərbaycan II Liqasında IV turun görüşləri davam edir.

Sportal.az xəbər verir ki, "Kür-Araz" doğma meydanda "Kürmük Qax"ı qəbul edib. Qarşılaşma ev sahiblərinin 6:3 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 6-ya yüksəldən "Kür-Araz" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 4 matçda da məğlub olan "Kürmük Qax" isə 13-cü yerdədir.

"Kür-Araz" - "Kürmük Qax" 6:3

Qollar: Cavid İmamverdiyev, 7, 14, 15, Eltun hüseynov, 45+1, Qeyrət Əliyev, 77, Ceyhun Quliyev, 88 - Elcan havizli, 9, Nail Təhməzli, 35, Elvin Süleymanlı, 90+4

Xəbər xətti