"Şamaxı"nı lider edən qələbə - VİDEO

20:36 - 28 Sentyabr 2023

Futbol üzrə Azərbaycan I Liqasında III tura start verilib.

Sportal.az xəbər verir ki, bu gün "İmişli" öz meydanında "Şamaxı"nı qəbul edib. Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 7-yə yüksəldən "Şamaxı" turnir cədvəlində ilk pilləni ələ keçirib. 3 xalı olan "İmişli" isə 6-cı yerdədir.

"İmişli" - "Şamaxı" 0:3

Qollar: Emin Zamanov, 47 (pen), 63, (pen), 66

Xəbər xətti