Azərbaycan çempionatında oynayanlar milliyə dəvət edildi

09:32 - 29 Sentyabr 2023

Moldova millisinin növbəti matçlar üçün heyəti açıqlanıb.

Sportal.az xəbər verir ki,yığma komandanın çalışdırıcısı Sergey Klaşenkonun dəvət göndərdiyi futbolçulardan ikisi Azərbaycan çempionatında çıxış edir.

Belə ki, "Araz-Naxçıvan"ın qolkiperi Kristian Avram və "Turan-Tovuz"un müdafiəçisi Denis Marandiçi də Moldova millisinə kömək edəcək.

Moldova oktyabrın 12-də İsveçlə yoxlama görüşündə, AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 15-də isə Polşa ilə üz-üzə gələcək.
 

Xəbər xətti