Diniyevin komandası "Bandırmaspor"a qarşı

13:51 - 29 Sentyabr 2023

Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi "Ümraniyespor" bu gün növbəti görüşünü keçirəcək.

Sportal.az xəbər verir ki, Diniyevin komandası "Bandırmaspor"u qəbul edəcək.

Qarşılaşmaya 21:00-da start veriləcək.

"Ümraniyespor" iki xalla birinci divizionda sonuncu pillədə qərarlaşıb. "Bandırmaspor" ikinci pilləni tutur.

Xəbər xətti