Elşən Abdullayev "İrəvan"a qələbə qazandırdı - VİDEO

20:25 - 29 Sentyabr 2023

Futbol üzrə Azərbaycan I Liqasında III tura yekun vurulub.

Sportal.az xəbər verir ki, bu gün "Qaradağ Lökbatan" doğma meydanda "İrəvan"ı qəbul edib. Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 7-yə yüksəldən "İrəvan" turnir cədvəlinin III pilləsində qərarlaşıb. 4 xalı olan "Qaradağ Lökbatan" isə V yerdədir.

"Qaradağ Lökbatan" - "İrəvan" 0:1

Qol: Elşən Abdullayev, 84

Xəbər xətti