"Fənərbaxça" portuqaliyalı futbolçunun müqaviləsini uzatdı

21:42 - 2 Oktyabr 2023

Türkiyənin "Fənərbaxça" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Migel Kresponun sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı yarımmüdafiəçi 2025-ci ilin yayına kimi Super Liqa klubuna məxsus olacaq.

Qeyd edək ki, "Fənərbaxça" Migel Kresponu 2021-ci ilin yayında "Eştoril"dən transfer edib. 27 yaşlı orta xətt oyunçusu komandanın heyətində meydana çıxdığı 65 rəsmi matçda 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti