"Difai Ağsu" evdə uduzdu - VİDEO

16:20 - 5 Oktyabr 2023

Futbol üzrə Azərbaycan I Liqasında IV turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, "Difai Ağsu" doğma meydanda "Qaradağ Lökbatan"ı qəbul edib. Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 7-yə yüksəldən "Qaradağ Lökbatan" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 1 xalı olan "Difai Ağsu" isə 9-cu yerdədir.

"Difai Ağsu" - "Qaradağ Lökbatan" 0:1

Qol: Seyxan Fərəcov, 29 (pen)

Xəbər xətti