"Baku Sportinq"dən "Şəmkir"ə 7 cavabsız qol - VİDEO

18:57 - 9 Oktyabr 2023

Futbol üzrə Azərbaycan II Liqasında VI tura start verilib.

Sportal.az xəbər verir ki, bu gün "Baku Sportinq" öz meydanında "Şəmkir"i qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin 7:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 15-ə yüksəldən "Baku Sportinq" çempionatın lideridir. 3 xalı olan "Şəmkir" isə 13-cü pillədə qərarlaşıb.

"Baku Sportinq" - "Şəmkir" 7:0

Qollar: Comərd Baxşəliyev, 5, Röyal Nəcəfov, 19, Ülvi Quliyev, 25, 54, 63, 66, Aqşin Paşayev, 74

Xəbər xətti