Estoniya - Azərbaycan görüşünün hakimləri bəlli oldu

12:18 - 10 Oktyabr 2023

Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Estoniyaya qarşı keçirəcəyi oyunun hakimləri bəlli olub.

Sportal.az xəbər verir ki, Tallində baş tutacaq matçı Almaniyadan olan hakimlər briqadası idarə edəcək. 

Görüşün baş hakimi Robert Şröderdir, ona Kristian Gittelmann və Robert Vessel kömək göstərəcək. Dördüncü hakim funksiyasını isə Florian Badstübner yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 13-də Tallində keçiriləcək Estoniya - Azərbaycan matçına Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. 

Xəbər xətti