Millimiz Serbiyaya uduzdu

22:27 - 21 Oktyabr 2023

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirib.

Sportal.az xəbər verir ki, Serbiyada keçirilən qrup oyunlarında meydan sahibi komanda ilə qarşılaşan Azərbaycan yığması 1:5 hesabı ilə məğlub olub.

Azərbaycan yığması seçmə mərhələdə növbəti oyununu oktyabrın 24-də Sloveniya yığmasına qarşı keçirəcək.

Xəbər xətti