Çempionlar Liqası: Ən yaxşı adına 4 namizəd

12:35 - 26 Oktyabr 2023

Çempionlar Liqasında qrup mərhələsinin üçüncü turuna yekun vurulub.

Sportal.az xəbər verir ki, iki gün ərzində baş tutan qarşılaşmalardan sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib.

Sportal.az xəbər verir ki, ən yaxşı seçilmək uğrunda "Portu"dan Evanilson, "Feyenoord"dan Santyaqo Ximenes, "Leypsiq"dən David Raum və "Arsenal"dan Qabriel Jezus namizəd göstərilib. Qalibin adına UEFA-nın rəsmi saytında keçirilən sorğunun nəticəsində aydınlıq gələcək.

Xəbər xətti