"Qarabağ" - "Kəpəz" matçının məkanı dəyişdirildi

17:46 - 31 Oktyabr 2023

"Qarabağ"ın müraciəti, “Kəpəz” klubunun razılıq məktubu ilə Misli Premyer Liqasının 2-ci dövrəsinin “Kəpəz” - “Qarabağ” və 3-cü  dövrənin “Qarabağ” - “Kəpəz” oyunlarının yerləri dəyişdirilib.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, bu addım “Qarabağ” klubunun Avropa Liqasının qarşıdan gələn “Bayer Leverkuzen”lə oyununa daha yaxşı hazırlaşa bilməsi məqsədilə atılıb.

4 noyabr

"Qarabağ"  -  "Kəpəz"
Tofiq Bəhramov adına Respublika Stadionu, 16:00 (canlı/CBC Sport)

Qeyd: Komandaların əvəzedici heyətləri arasında keçirilən görüşlərlə bağlı əvvəlcədən açıqlanmış cədvəldə heç bir dəyişiklik edilməyib.

Xəbər xətti