Futbol üzrə Azərbaycan II Liqasında IX turun görüşləri keçirilir.
Sportal.az xəbər verir ki, lider "Baku Sportinq" səfərdə "Kürmük Qax"ın qonağı olub. Qarşılaşma paytaxt təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 22-yə yüksəldən "Baku Sportinq" liderliyini davam etdirir. 1 xalı olan "Kürmük Qax" isə sonuncu yerdədir.
"Kürmük Qax" - "Baku Sportinq" 0:1
Qol: Elməddin Hüseynzadə, 46