"Füzuli" - "Şahdağ Qusar" matçında sülh - VİDEO

20:20 - 13 Noyabr 2023

Futbol üzrə Azərbaycan II Liqasında XI turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, bu gün "Şahdağ Qusar" səfərdə "Füzuli"nin qonağı olub. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Xallarını 21-ə yüksəldən "Şahdağ Qusar" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 20 xalı olan "Füzuli" isə 5-ci yerdədir.

"Füzuli" - "Şahdağ Qusar" 1:1
Qollar: 
Haqverdi Həsənov, 67 - Rubin Seyidov, 36

Xəbər xətti