De Byazi jurnalistlərin qarşısına çıxacaq

13:19 - 14 Noyabr 2023

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – İsveç oyunu öncəsi təşkil olunacaq mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtı məlum olub.

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazinin mətbuat konfransı sabah saat 18:00-da olacaq. Millinin açıq məşqi isə 18:30-da keçiriləcək.

İsveç yığmasının məşqçisi Yanne Andersson isə saat 16:00-da media nümayəndələri ilə görüşəcək. 

Azərbaycan - İsveç matçı saat 21:00-da start götürəcək.

Xəbər xətti