"Mançester Yunayted"in müdafiəçisi: "Azərbaycanla oyunu səbrsizliklə gözləyirik"

16:48 - 15 Noyabr 2023

İsveç millisinin kapitanı Viktor Lindelöf Avro-2024-üç seçmə mərhələsinin Azərbaycanla oyunundan öncə mətbuat konfransında iştirak edib.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted"in müdafiəçisi jurnalistlərin suallarını cavablandırıb:

- Mətbuat konfransına butsla gəlmisən. Bunun səbəbi nədir?

- Paltardəyişmə otağında kimdə mənə dedi ki, butsları özümlə aparım.

- Respublika Stadionu Azərbaycan millisi üçün uğurlu arenadır, burada milliyə böyük dəstək olur. Buradakı ab-hava haqda məlumatın var?

- Səfərdə oynamaq həmişə çətindir. Sabah azarkeşlər də rəqibi dəstəkləyəcəklər. Amma biz daha əvvəl bir neçə yaxşı komandaya qarşı oynamışıq. Düşünmürəm ki, azarkeş amili bizim üçün problem olacaq. Həm yaxşı atmosferi, həm də oyunu səbrsizliklə gözləyirik.

Elçin Əlixan

Xəbər xətti