"Xarı Bülbül Şuşa" Yunanıstan klubuna uduzdu

21:58 - 21 Noyabr 2023

Çelenc kubokunda mübarizə aparan kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” klubu  bu gün 1/16 final mərhələsində ilk matçına çıxıb. 

Sportal.az xəbər verir ki, GİN-nin Voleybol Mərkəzində baş tutan qarşılaşmada komandamızın rəqibi Yunanıstanın “Panathinaikos” klubu olub. 

Görüş qonaqların üstünlüyü ilə keçib. İlk setdə 25:20 hesabı ilə qalib gələn yunanlar sonrakı hissələri 25:17 və 25:20 hesabları ilə üstün başa vuraraq matçın qalibi olublar - 3:0. 

Cütün cavab oyunu noyabrın 29-da Yunanıstanda keçiriləcək.

Xəbər xətti